Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
R.Tağıyev Pravda.az-a açıqlamasında bildirib ki, məlumatlar həqiqəti əks etdirmir:
“Cənab general işinin başındadır, xidmətini davam etdirir. Xidmət müddətinin uzadılıb-uzadılmaması daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun səlahiyyətində olan məsələdir” – o qeyd edib.
Mayın 26-da R.Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.
“Yeni Sabah” xatırladır ki, Ramiz Zeynalovun hazırda 71 yaşı var. O Azərbaycanda uzun müddət eyni vəzifəni daşıyan məmurlardan biridir. Zeynalov 1994-cü ildən bu günə qədər – 28 ildir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.