Qazaxın 7 kəndi ilə bağlı XİN-dən AÇIQLAMAbackend

Qazaxın 7 kəndi ilə bağlı XİN-dən AÇIQLAMA

Qazaxın 7 kəndi, Kərki kəndinin Azərbaycanın nəzarətinə qaytarılması və digər bununla əlaqəli məsələlər delimitiasiya kontekstində  həllini tapmalıdır.

Hokm.az xəbər verir  ki,  bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan heç bir zaman bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil.

“Bu ərazilər Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq.

Bu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi müzakirə olunub öz həllini tapacaq”, – deyə X.Xələfov qeyd edib.

  •  (0)
  •  (0)