Notariusdan məhkəməyə transfer olmaq istəyir… – Bunca ittihamın qarşısında…backend

Notariusdan məhkəməyə transfer olmaq istəyir… – Bunca ittihamın qarşısında…

Müdriklərin yaxşı bir sözü var:
Qaşına-qaşına, gəlib çıxdı ocaq başına…
Söhbətimizin məğzi odur ki, uzun illər Şirvanda notarius işləyən, hazırda paytaxt Bakı şəhərində xüsusi notarius vəzifəsini daşıyan Daxil Kərimov deyəsən məhkəmə hakimi olmaq eşqinə düşüb.
Ona görə, “qaşınmaq” məsələsini yazının başlığına çıxardıq.
Sözün qısası, Daxil Kərimov uzun illər saxta notarius fəaliyyəti ilə vətəndaşlardan yığdığı pulların hesabına indi də hakim olmaq istəyir.
Əslində niyə də olmasın ..?
Guya məhkəmə hakimi olanlar Daxil müəllimdən savadlıdırlar..,? Amma…
Yəni məhkəmə-hüquq sistemimiz elə FƏLAKƏTLİ durumdadır ki, istənilən təsadüfi adamın orada söz sahibi olması mümkündür…
Hər gün oxuduğumuz məhkəmə prosesləri, çıxarılan qətnamə və qərarlar adamı dəhşətə gətirir.
Daxil Kərimov da düşünür ki, niyə filankəslər məhkəmə hakimi ola bilir, mən yox..?
Rüşvət almağın yolunu, saxta sənədləri möhürləyib dövlətin adından sırımağı, başqasının əmlakını ələ keçirməyi, hətta 2 uşaq anasının adına saxta etibarnamə ilə 50 min kredit götürüb bölüşdürməyi və digər əməlləri bilirəmsə, niyə məndən hakim olmasın..?
Əslində hakim olmağın əsas kriteriyaları yuxarıda sadaladıqlarımız deyildir. Hakim olmaq üçün bütün kriteriyalar ödənməlidir. Keçmişlə yanaşı bütün görülən işlərin hamısı təqdirəlayiq olmalıdır.
“Bunlar da Maşallah Daxil Kərimovda artıqlaması ilə…”
Məlumat üçün qeyd edək ki, Gündəlik-Bakı olaraq ölkəmizdə fəaliyyət göstərən dövlət və fərdi (özəl) notarius kantorlarındakı vəziyyətin dözülməz olması barədə dəfələrlə araşdırma yazıları dərc etmişik.
Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi hala çevrilib.
Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir.
Məlum olur ki, hansısa notariat kantoru saxta sənəd verərək vətəndaşın mülkiyyət hüququnu pozub.
Daha dəqiq desək, notariat kantorlarda alqı-satqı prosesində saxtakarlığa yol verilib.
Bu hələ harasıdır..?
Vətəndaşa bir də məlum olur ki, onun avtomobilini notarius vasitəsilə kiməsə satıblar…
Belə xüsusi notariuslardan biri də məhkəmə hakimi olmaq istəyən Daxil Kərimovdur.
Bu adam vaxtilə Şirvanda notarius vəzifəsində işləyib.
Media üzərindən apardığımız araşdırma zamanı bu adamın barəsində nə qədər şikayətlərə rast gəldik.
Vətəndaş yazır ki, qızımın evini onun xəbəri olmadan banka girov qoyublar.
Deməli, ev sahibinin qaynı saxta sənəd tərtib edərək notarius Daxil Kərimova təsdiq etdirib və evi girov qoyaraq bankdan böyük məbləğdə kredit götürüb.
Təsəvvür edirsiniz evin sahibinin bu cinayət əməlindən xəbəri yoxdur. Notarius Daxil Kərimov isə deyir ki, mənim heç bir günahım yoxdur.
Bu adamdan soruşan lazımdır ki, sən vətəndaşın adından saxta etibarnaməni təsdiq edəndə bilmirdin ki, bu cinayət əməlidir..?
Daxil Kərimov ev sahibinin qaynı ilə sövdələşib saxta etibarnamə ilə bankdan 50 min manat kredit götürüb bölüşdürəndə nə fikirləşirdi..?
Bəli, Daxil Kərimov indi iki uşaq və bir ananın başına faciə gətirib.
Belə ki, vaxtında verilməyən və hazırda 57 min olan kreditə görə, bank məhkəmə vasitəsilə ana və 2 övladını evdən çıxarıb bayıra atıb.
Təsəvvür edirsiniz məhkəmədə işə baxan hakim 4-cü dəfə notarius Daxil Kərimovu məhkəməyə dəvət edir ki, izahat versin.
Amma Daxil Kərimov hətta məhkəməni sayıb prosesə gəlmir.
Gör bu insan nə dərəcədə həddini aşıb ki, hər yerdə deyir ki, mən Daxiləm heç kimdən çəkinmirəm… (amma biz tərəflərdə daxıl sözünün mənası çox yaxşı qiymətləndirilir).
Qanunsuz yolla qazandığın pulların hesabına Hacıqabulda, Bakı şəhərində mülklərin, obyektlərin…
Biz hələ Cəlilabaddakı torpaq sahələrini, ticarət obyektlərini demirik…
Görəsən, Ədliyyə Nazirliyi Daxil Kərimovun hansı xoş əməllərinə görə, onu hətta Bakıda işlə təmin edib..?
Çünki bu adam notariusdan çox, sanki kommersantdır. Özü də əyri yollarla qazandığı pulların hesabına.
İndi özünüz deyin, Daxil Kərimovdan məhkəmə hakimi olar, yoxsa, yox..?
Əlbəttə,…?
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.azia.az

  •  (0)
  •  (1)