Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən azad edilən Tahir Əmiraslanov: “Yəqin, islahat həyata keçirirlər”backend

Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən azad edilən Tahir Əmiraslanov: “Yəqin, islahat həyata keçirirlər”

“Milli Kulinariya Mərkəzi Dövlət Turizm Agentliyinin səlahiyyətindədir. Oradan belə məsləhət bilib, məni vəzifədən azad ediblər. Milli Kulinariya Assosiasiyasının Prezidentiyəm. Çalışacam ki, həmin qeyri hökumət təşkilatını daha da inkişaf etdirim”

Bunu Pravda.az-a Milli Kulinariya Mərkəzinin keçmiş rəhbəri Tahir Əmiraslanov deyib.

T.Əmiraslanov qeyd edib ki, QHT olaraq gələcəkdə  Milli Kulinariya Mərkəzi ilə əməkdaşlıq etmək olar: “Yeni təyinatla bağlı heç nə deyə bilmərəm. Dövlətin səlahiyyətində olan məsələdir, dövlət özü bilər. Yəqin, islahatlar həyata keçirirlər, onunla bağlı vəzifəyə yeni təyinat olub. Öz işləridir, mən onların işinə qarışa bilmərəm”.

Qeyd: Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov ötən ay vəzifəsindən azad edilib. Bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

 

  •  (0)
  •  (0)