Mahmudovu Mehdiyevə dəyişən ad: Aydəm İsmayılov dosyesi….backend

Mahmudovu Mehdiyevə dəyişən ad: Aydəm İsmayılov dosyesi….

AMEA prezidenti, eks PA rəhbəri Ramiz Mehdiyevin himayəsinə sığınan məmurların adları bir-bir açıqlanmaqdadır. Belə görünür “bu xəmir hələ çox su aparacaq”. Çünki gözlənilməz, sürpriz isimlər üzə çıxır.

Hokm.az-ın reportyor.info-ya istinadən verdiyi xəbərə görə, “boz kardinal” akademiklə əlaqələrə malik məmurlardan biri də  “Green Park Azərbaycan” MMC – nin direktoru Aydəm İsmayılovun olduğu iddia edilir.

Hətta R.Mehdiyevə bahalı hədiyyələr verərək özünü sığortalamaq, onun yanında etimad qazanmaq üçün dəridən-qabıqdan çıxdığı bildirilir.

Bu barədə Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev qeyd edib ki, Mehdiyevi söyənlərin çoxu onun sayəsində irəli çəkilmiş adamlardır və imitasiya ilə hədəfdən yayınırlar.

Bu sırada yer aldığı deyilən A.İsmayılovun R.Mehdiyevin kürəkəni hesabına AMEA prezidenti yanında özünü yaxşı etdiyi xəbər verilir.

Məlumatı yayan KİV-lər iddia edirlər ki, sabiq PA rəhbərinin güclü olduğu dövrlərdə A.İsmayılova hamilik etməklə sonuncu paytaxtın mərkəzində binalar tikməyə başlayıb.

Di gəl 2017-ci ildə A.İsmayılovun tikinti şirkəti “A-3 Sənaye Tikinti Korporasiyası” MMC Yasamal rayon Mətbuat prospekti “Ovçular evi” ərazisində 54 ağacı qanunsuz kəsməsi ilə prezidentin qəzəbinə tuş gəlib.

Aparılan araşdırmadan sonra yaşıllığı məhv etdiyinə görə, “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Aydəm İsmayılovun qardaşı Azər İsmayılov həbs edilmişdi.

“A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin direktoru Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova idi. Lakin o zaman Mehdiyev heç cür kömək edə bilməyib, İsmayılovu qoruya bilməyib.

Mediada tirajlanan iddialara görə, A.İsmayılov R.Mehdiyevə xoş gəlmək üçün “Tri Korono”dakı binalardan ev bağışlayıb. Həmin mənzil həbsdən yeni çıxan Mehdiyevin kürəkəni İlham Əliyevin yaxınlarının birinin adına rəsmiləşdirilib.

Göründüyü kimi, İsmayılovun Mehdiyevlə münasibətlərinə baxmayaraq, son günlərdə akademiki tənqid etməkdədir. Məhz H.Hacıyev də belə məmurları nəzərdə tutaraq bildirir ki, onun hesabına qabağa gedən adamlar indi əleyhinə danışır. Əlbəttə, bu, siyasi riyakarlıqdır. Amma A.İsmayılov ilk dəfə himayədar dəyişmir.

Onun keçmiş MTN bandasının rəhbəri Eldar Mahmudov və əlaltısı “Akula Akif”lə əlaqələri haqda mətbuatda  geniş yazılar dərc olunub, təkrarlamağa hacət yoxdur.

Belə məlum olur ki, İsmayılov Mahmudovu itirdikdən sonra Mehdiyevə sığınıb. Ancaq reallıq budur ki, Eldar Mahmudov da, Ramiz Mehdiyev də dövlətə zərbə vurublar, prezidentə sədaqətli olmayıblar.

Aydəm İsmayılov isə indiyə qədər himayədar seçimində hansı yanlışlıqlara yol verdiyini anlamamış deyil. MMP sədri H.Hacıyev də akademikə qarşı çıxan adamların güzgüdə özlərinə baxmağa çağırır.

Maraqlısı budur ki, belə qalmaqallı fiquru kənd təsərrüfatı naziri İnam Kərimovun “Green Park Azərbaycan” MMC – nin direktoru vəzifəsində saxlamaqda məqsədi nədir…

Bu iddialarla bağlı adıçəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

  •  (0)
  •  (0)