İlin “lal” deputatı – Ağalar Vəliyev niyə susur?backend

İlin “lal” deputatı – Ağalar Vəliyev niyə susur?

Parlamentin ən passiv deputatlarından biri Ağalar Vəliyevdir.

Hokm.az TİA.Az-a istinadən xəbər verir ki, Milli Məclisdə onun səsini eşidənə, çıxışını görənə seçiciləri hədiyyə söz veriblər. A.Vəliyev milyonçu kimi tanınır.

Onun biznesi haqda geniş siyahı var. Məlumdur ki, deputatlıqdan daha çox biznesə vaxt ayırır. Lakin son zamanlar seçiciləri də yazırlar, sosial şəbəkələrdə də tənqidlər səslənir ki, müharibədən qalib çıxmış ölkədə deputat bu dərəcədə susqun ola bilməz.

Ermənilər təxribatlar törədir, ölkəmizə qarşı təzyiqlər olur, Prezident İlham Əliyev bütün bunlara cavabını verir, amma parlamentin bəzi üzvləri istisna, əksəriyyəti dövlətin müdafiəsi işində gözə dəymirlər.

Onlardan biri olan Ağalar Vəliyevin düşmənlə informasiya müharibəsində yaxasını kənara çəkməsinə nə ad vermək olar, bilinmir. Deputat yalnız öz qazancını, biznesini düşünməkdədir. Bu da ona mandat şansı vermiş hakimiyyətə qarşı bir siyasətdir.
Deməli, 44 günlük zəfərdən sonra diplomatiya və siyasət meydanında apardığımız mübarizədə A.Vəliyev dövlət başçısına dəstək vermir. Bu cür biznesmenləri mandat qazanıb öz gəlirlərinin toxunulmazlığını qorumaq maraqlandırırmış.

A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar.
“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti həmçinin bir sıra layihələrin icrasını aşağıdakı şirkətlərlə müştərək şirkətlər quraraq həyata keçirib: İtaliyanın “Eleca”, “İmpronta”, Fransanın OTV şirkəti, Türkiyənin “Metabronz”, “Turan Xəzinədarlığı”, PİM PROJE, “ŞUKO”, “QRANİTAS” şirkətləri, Rusiyanın “Foton” firması ilə, Almaniyanın “Rayzinq”, PERİ, “VİRTGEN” şirkətləri…

Ağalar Vəliyevin biznesinə “Kristal Abşeron” MMC də daxildir. Belə ki, bu şirkətin təsisçisi Tovuzdan olan iş adamı Məhayət Nəbiyevdir. Şirkətin qeyri-rəsmi sahibi isə deputat Ağalar Vəliyevdir. Bu firmadan mənzil alanlar isə sözün əsl mənasında peşman olublar.
Çünki alqı-satqı müqaviləsində məzənnəyə uyğun kredit ödənişi edilməsi bəndi yer alıb. Bu da 2015-ci ildəki 2 devalvasiyadan sonra payçıları müflis edib. Onlar dollarla kredit ödəməyə məhkum olunub.

Oğlu Pərviz Vəliyev Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri Kabuletidə otel tikdirib. Deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb. Onun adı MTN işinə keçmişdi.

  •  (0)
  •  (0)