İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüşbackend

İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışının iştirakçısı olmuş tələbələrlə görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Aİİ-nin rektoru 2014-cü ildən etibarən hər il həyata keçirilən layihənin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıdığını qeyd edib.

Builki yarışın 12 noyabr – Konstitusiya Günündə keçirildiyini xatırladan rektor deyib ki, müstəqil Azərbaycan Respublikasının ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyasının qəbulu 1995-ci ilin məhz bu gününə təsadüf edir.

Ceyhun Məmmədov ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirildiyini vurğulayıb.

Gənclərin hər bir xalqın, dövlətin gələcəyi olduğunu vurğulayan rektor onlara tövsiyələrini verib. Bildirib ki, belə yarışlar tələbələrin gələcəkdə bilikli və bacarıqlı mütəxəssislər kimi fəaliyyət göstərməsinə, karyeralarında uğur qazanmağına kömək edəcək.

Rektor tələbələri institutun ictimai və sosial həyatında yaxından iştirak etməyə, ali məktəbdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının işində, ölkədə həyata keçirilən könüllülük fəaliyyətində aktiv olmağa, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə çağırıb.

Hokm.az

  •  (0)
  •  (0)