“Mayın 14-dən hava tədricən istiləşəcək”.
Hokm.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O, mayın 13-ü səhər saatlarından başlayaraq temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti olacağını bildirib:
“İlkin məlumata görə, sabahdan etibarən ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mayın 14-dən isə havalar istiləşməyə doğru gedəcək”.