Fəda Abbasovun milyonçu baş anbardarı – “Azəraqrar” direktoru Vaqif İsmayılovdan məsləhət alır?backend

Fəda Abbasovun milyonçu baş anbardarı – “Azəraqrar” direktoru Vaqif İsmayılovdan məsləhət alır?

Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsi ilə bağlı sosial şəbəkədə yeni məlumat yayılıb.

Hokm.az Beyləqan Xəbərləri səhifəsinə istinadən xəbər verir ki, Mərkəzi Aran Regional İdarəsində yeni qolçomaq peyda olub. Bu qolçomaq özünü “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasovun adamı kimi təqdim edən baş anbardar Vaqif İsmayılovdu.
Məlumatda qeyd edilir ki, Hikmət Ağayevin direktor işlədiyi dövrdə Mərkəzi Aran Regional İdarəsində qolçomaqlığı yəni “ağsaqqall”ığı Ceyhun Əsədov adlı işçi həyata keçirirdi. Ancaq Zamin Məmmədov yeni direktor təyin ediləndən sonra qolçomaq funksiyasını, “ağsaqqall”ığı baş anbardar vəzifəsi alan Vaqif İsmayılov həyata keçirir.
Bildirilir ki, baş anbardar Vaqif İsmayılov hər yerdə onun arxasında “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasovun dayandığını açıq şəkildə deyir. Qeyd edək ki, Vaqif İsmayılov 20 ildən çoxdur biznes fəaliyyəti ilə məşğuldur. Onun hazırda 100 ha yaxın torpaq sahəsi, yanacaq doldurma məntəqəsi, mal-qara ferması və bir neçə əlavə obyekti var. Yəni biznes fəaliyyətindən ayda 4-5 min manat qazanc əldə etməsinə baxmayaraq, gəlib əmək haqqısı 300-400 manat arasında olan baş anbardar vəzifəsində işləyir. Onu tanıyan hər kəs yaxşı bilir ki, Vaqif İsmayılov şəxsi maraqlarına görə Mərkəzi Aran Regional İdarəsinində baş anbardar vəzifəsinə gəlib. Baş anbardarın ən böyük xəyalının gələcəkdə Mərkəzi Aran Regional İdarəsinin münbit torpaqlarını ələ keçirmək olduğu deyilir. Aldığımız məlumata görə Vaqif İsmayılov Fəda Abbasova olan arxayınlığı o həddə çatıb ki, artıq baş anbardar yeni direktor Zamin Məmmədovla belə hesablaşmaq istəmir. Hətta Vaqif İsmayılov Fəda Abbassovun onunla hesablaşdığını və lazımı məlumatları və məsləhətləri ondan alaraq qərarlar qəbul etdiyini belə deməkdən çəkinmir. Maraqlıdı. Görəsən “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Vaqif İsmayılovdan hansı məsləhətləri, məlumatları alır ki? Mövzuya qayıdacağıq.

  •  (0)
  •  (0)