Evli kişi ilə tək gecəlik münasibət yaşadıqdan sonra hamilə qalan qadın yanaraq ölüb.
Hokm.az milli.az-a istinadla bildirir ki, evli kişidən hamilə qalan qadın onun abort təklifini rədd etdiyinə görə cinayətə qurban gedib.
Braziliyanın Sao Paulo şəhərində yaşayan Ellen Priscila Ferreira da Silva adlı qadın vəhşicəsinə qətlə yetirilib. Buna səbəb onun hamilə qaldığı evli kişinin abort təklifini rədd etməsi olub.
Evli kişi bu səbəbdən Elleni qaçırıb avtomobilə bağlayıb, üzərinə benzin tökərək yandırıb.
Cinayətkar saxlanılıb, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.