AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli 41 yaşında vəfat edib.
İnstitutdan APA-ya verilən xəbərə görə, alim dünən axşam saatlarında vəfat edib.
O, Əhəmənilər dövrü arxeologiyasının tədqiqatçısı olub.