Azərbaycanda uşaqpulunun verilməsi məsələsi yenidən gündəmə gəlib.
Məsələ illərdir həm sosial mediada, həm də Milli Məclisdə müzakirə edilməsinə baxmayaraq, bu yöndə müsbət nəticə əldə olunmayıb.
Millət vəkili Aqil Abbas Gündəm.az-a açıqlamasında bildirib ki, hökumət məsələnin optimal həlli ilə bağlı müzakirələr aparır:
“Lakin məsələnin dəqiq hansı zaman kəsiyində həll olunacağını bilmirəm. Ölkəmiz müharibədən yeni çıxıb, o qədər problemlər var ki… Desəm ki, bu dəqiqə uşaq pulu veriləcək, yalançı olaram. Hesab edirəm ki, bu haqda fikirləşirlər və qısa zamanda uşaq pulununin bərpa edilməsi istiqamətində müvafiq qərar veriləcək”.