“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.
Hokm.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Bu, təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.
Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq, ilk oxunuşda qəbul olunub.