Külli miqdarda dələduzluqda təqsirləndirilən Turkut İlknur Pərviz qızı və Əliyeva Aytac Pərviz qızının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hokm.az lent.az-a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib.
Qeyd edək ki, Turkut İlknur və Əliyeva Aytac bacıları 11 nəfərə müxtəlif vədlər verərək dələduzluq yolu ilə onların pullarını əllərindən alıblar. Həmçinin A. Əliyeva Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədridir.