Bakıda sayılıb-seçilən xəstəxanaların birində olan yerli vətəndaşlardan biri acınacaqlı vəziyyətlə üzləşib.
Bu barədə şikayətçi BAKU.WS-in “qaynar xətti”nə yazıb.
O bildirib ki, Bakıda Akademik M.A.Topçubaov adına Elmi Cərrahiyyə Mərkəzinin həyətindəki tualetdə üfunət iyi, natəmizlik və iyrənc mənzərə hökm sürür. Üstəlik tualetin içində milçəklərin sayı da barmaqla sayılası deyil.
Paytaxtın mərkəzi xəstəxanalarından biri olan tibb ocağında hansı səbəbdən belə bir vəziyyətin olması anlaşılan deyil.