“Hazırda Bakı şəhərindəyəm, istirahət edirəm”
Bunu “Unikal”a açıqlamasında sabiq mədəniyyət naziri Əbülfəs Qarayev deyib. O, hələlik hansısa bir iş təklifi almadığını bildirib:
“Səhhətim də yaxşıdır. Heç bir problem yoxdur”, – deyə keçmiş nazir vurğulayıb.
Qeyd edək ki, Əbülfəs Qarayev 2020-ci ilin may ayında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.