Ötən gecə Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.
Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, magistralın 30-cu kilometrliyində – Abşeron rayonu ərazisində “Opel” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə minik avtomobilinin sürücüsü, 1977-ci il təvəllüdlü Babək Məmmədov və sərnişini Samirə Məmmədova aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.