Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.
Hokm.az “oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Görüntülərin Bərdə rayonu 866-cı qəsəbədə çəkildiyi bildirilir. Şikayətçi iddia edir ki, itləri öldürməyi icra başçısı göstəriş verib, öldürə bilmədikləri itləri isə zəhərləyiblər.
Onlar polisə müraciət etdiklərini, çox kobud cavab aldıqlarını bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə rayonunda heyvanların öldürülməsi ilə bağlı rayon polis şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi
qiymət veriləcək.