Aytən Səfərova küçədə qadını döyən kişinin görüntülərini paylaşdıbackend

Aytən Səfərova küçədə qadını döyən kişinin görüntülərini paylaşdı

Aparıcı Aytən Səfərovanın sosial şəbəkədə yayımladığı video müzakirələrə səbəb olub.

Hokm.az Axşam.az-a istinadən xəbər verir ki, görüntülərdə bir kişinin qadını zorla maşına otuzdurmağa çalışdığı əks olunub. Qadın zorla qaçaraq insanlardan kömək istəyib.

Yanında övladı olan xanımı küçədə sürüyərək zor tətbiq edən kişi daha sonra maşınına oturaraq uzaqlaşıb.

A.Səfərova videoya “Səhət tezdən qışqırıq səsləri eşitdik. Sona qədər anlamadıq nədir. Lakin ümid edirik ki, bu ailənin üzvləri barışıb və uşaqları da artıq gözüyaşlı deyil. Yasamal rayonu, səhər saat 9 radələri” sözlərini yazıb.

  •  (1)
  •  (1)